top of page

Dəli Dahi Dali,

  • Yazarın fotoğrafı: Sabrina Hasanova
    Sabrina Hasanova
  • 10 Nis 2020
  • 1 dakikada okunur


İspaniyalı sənətkar rəssam Salvador Dali əsərləri qədər qeyri-adi həyatı ilə də yaddaşlarda dərin izlər buraxmışdır.Gəlin onun haqqında olan maraqlı faklarla tanış olaq.

1.Dali dünyasını dəyişən qardaşının reinkarnasiyası olduğuna inanırdı.

Dali haqqındaki ən qeyri-adi fakt Dali doğulmadan öncə anasının Salvador Dali adında başqa birisini dünyaya gətirmiş olması idi. İlk Salvador dünyasını dəyişdikdən doqquz ay sonra dünyaya gələn ikinci Salvador, ilk Salvadora çox oxşadığı üçün ailəsi əslində oğlunun yenidən doğulduğuna inanırdı. Dali də bunun doğru olduğuna inanırdı.

2.Dali qarışqayeyən sahibi idi.

Hətta Dali qarışqayeyən ilə şəhərdə normalmış kimi gəzərdi. Dali heyvanın adını "Babou" qoymuşdu.Onu getdiyi şənliklərə belə aparırdı.

3.Parkinson xəstəsi idi.

Dali bir rəssamın başına gələ biləcək ən pis xəstəliklərdən olan Parkinson xəstəsi idi. Diqqət azlığı və hiperaktivlik pozuntusu var idi.

4. İçinə şeytan girdiyinə inanırdı.

1947-ci ildə, üzərində şeytan çıxarma ayəsini gerşəkləştirməsi üçün rahib çağırır və ona qarşılığında öz hazırladığı çarmıx heykəlini hədiyyə edir.

5.Dali katiblərini "varlı" etmişdi!

Dali katiblərinə maaşı pul şəklində ödəmirdi. Bunun əvəzində çəkdiyi rəsmlərdən verirdi. Zaman içində dəyərlənən rəsmlər katiblərini milyoner etmişdi!

6.Elmi teoremlərə olduqca marağı olan Dali, fizikçi Heisenberg'in böyük bir heyranı idi.

Bu heyranlığı belə ifadə etmişdi: "Əvvəllər sadəcə özümə heyranlıq bəsləyərdim. Lakin, bundan sonra mənə bənzəyən Heisenberg'ə heyranlıq bəsləyəcəm."

7.Dali'nin biraz "hiyləgər" tərəfi də var idi. 

Tablolarındakı yüksək qiymətlərin səbəbini müştərilərə açıqlayarkən, istifadə etdiyi boyaların içində ilan zəhəri olduğunu qeyd etmişdi.

 
 
 

Comentarios


bottom of page