top of page

SAKIT MAMMADOV......

  • Yazarın fotoğrafı: Sabrina Hasanova
    Sabrina Hasanova
  • 10 Nis 2020
  • 2 dakikada okunur

Sakit Məmmədov(Sakit Qulam oğlu Məmmədov; d. 5 avqust 1958) — Azərbaycanın xalq rəssamı (2018), professor (2018), YUNESKO Rəssamlar İttifaqının üzvü, Avropa Təbiət Elmləri Akademiyasının fəxri professoru, Vatikan Heraldika Akademiyasının qrafı, Ümumdünya Rəssamlıq Akademiyasının həqiqi üzvü, Rusiya İmperial Rəssamlıq Akademiyasının fəxri üzvü, Roma Müasir İncəsənət Akademiyasının fəxri üzvü, Dünya İncəsənət Akademiyasının həqiqi üzvü, "Türk Dünyası" Akademiyasının həqiqi üzvü.

Çox maraqlı rəsm manerası və təkrarolunmaz yaradıcılıq texnikasına malik olan Sakit Məmmədov 30 ildən çoxdur ki, bədii yaradıcılıq fəalliyyəti ilə məşğuldur və dünyanın ən mötəbər sərgi salonlarında, qalereyalarında keçirilən sərgilərin iştirakçısı olmuşdur. O 1988 -ci ildən Azərbaycan Rəssamlar İttifaqının üzvüdür. Sakit Məmmədov 80-ci illərdə formalaşan istedadlı rəssamlar nəslinin parlaq nümayəndəsidir. «Xatirə şəkli», «Oyun», «Məşq», «Falabaxanlar», «Ad günü», «Leninqrad xatirələri», «Yaşasın İstanbul», «Bayram», «Toy», «Metro», «13 nömrəli avtobus», «Həvəskar» və s. kimi əsərlərinin adlarını çəkmək olar. Rəssamın bəzi tematik rəsmlərini konkret bir məkana, zamana aid etmək qeyri-mümkündür. Sakit Məmmədov müsahibələrin birində demişdir:«İnsan dünyaya necə gəlir? Bax əsər də beləcə yaranır. Əgər hər hansı bir rəssam deyirsə ki, mən ağ kətana boyaları yaxmaqla əsər yaratdım, bu fikir gülməlidir. Kompozisiya üçün beyin işləməlidir. İnsanın dünyaya gəlməsi təbii, Allah tərəfindən düşünülmüş bir şeydir. Qulaq yeganə insan orqanıdır ki, ana bətnində ilk olaraq tam formasını alır. Allah bunu məlumatını ötürmək üçün belə yaradıb. Rəssamlıqda da eynən bu cürdür. Kompozisiyada rəssam ilk olaraq nəyi görmək istəyirsə, əvvəlcə onun üzərində işləyir…»

1983 -cü ildən müxtəlif sərgilərdə iştirak edən Sakit Məmmədovun əsərləri dünyanın məşhur qalereyalarında nümayiş olunur. Onların sırasında Puşkin muz, Fransanın Opera qalereyası Avropa Parlamenti , Turkiyenin Dolmaba]gca sarayinin qalereyaları, Ispaniya ,portuqaliya ,Italiya ,Roma ,Boyuk Biritanya ,ABŞ və dünyanın digər mötəbər qalereyalarında uğurla nümayiş olunur.

Opalizm və Sakit Məmmədov

Opalizm akademik rəssam Sakit Məmmədov tərəfindən özülü qoyulmuş bir məktəbdir, üslubdur. Opalizm sözünün etimologiyası opal daşından götürülüb. Qədim yunan dilində "gözqamaşdıran", latın dilində "valehedici görünüş", sanskrit dilində "qiymətli daş" kimi tərcümə edilən bu mineral daş növü özündə birləşdirən rənglərlə yalnız zərgərlik məmulatı kimi deyil, müalicəvi, fövqəladə və ilhamlandırıcı xüsusiyyəti ilə minillərdir ki insanların zövgünü oxşamaqdadır. Opalda mövcud olan isti rəng çələngi Sakit Məmmədovun gənclik illərindən marağına səbəb olub. Daşda olan rəng oyununa onun demək olar, bütün yaradıcılıq nümunələrində rast gəlinir. Rəssamın əsərlərində opalın daha çox nəcib, alovlu yaxud bolder, hidrofan növündəki rəng çalarlarını görmək mümkündür. Opal rəssamın yaratdığı tablolarda yeni forma ilə üzə çıxır. Sakit Məmmədovun yaratdığı Opalizm məktəbi yalnız özü deyil, rəssamın tələbələri tərəfindən də yüksək peşəkarlıqla təqdim olunur.


 
 
 

Comentarios


bottom of page