PIKASSO.....
- Sabrina Hasanova
- 10 Nis 2020
- 2 dakikada okunur
Pablo Pikasso
Yaxşı rəssamlar sürət çıxardır (kopiyalayır), dahilər isə oğurlayır.
– Parisdəki həyatının ilkin illərində Pikasso o qədər kasıb idi ki, bəzən odun əvəzinə öz rəsmlərini doğramalı olurdu.
– Pikasssonun tam adı 23 sözdən ibarətdir. Pablo- Dieqo-Xose-Fransisko-de-Paula-Xuan-Nepomuseno-Maria-de-los-Remedios-Kipriano-de-la-Santisima-Trinidad-Martir-Patrisio-Klito-Ruiz-i-Pikasso.
XX əsrin böyük rəssamlarından biri olan Pablo Picassonu bir çoxlarımız tanıyırıq. Xüsusilə, gətirdiyi yeni rəssamlıq cərəyanı və pisxologiyaya təsir edən əsərləri ilə incəsənət tarixinə damğa vurmuş Pikasso haqqında bilmədiyimiz bəzi həqiqətlər var.
Doğularkən elə bildilər ki, o ölüb
25 oktyabr 1881-ci ildə dünyaya gələn Pikasso, çətin doğuşdan sonra ölü olduğu qənaətinə gəlinib və masanın üzərinə qoyulub. Hamı ana ilə maraqlanarkən həkim olan əmisi Don Salvador, körpənin üzünə siqar tüstüsü üfləyir və Pikasso ağlamağa başlayır. Pikasso hadisəni belə xatırlayır:
“ O zamanlar həkimlər böyük siqarlar çəkərdi və mənim əmim də istisna deyildi. Mənim gözümün yumulu olduğunu görüb üzümə sigar tüstüsünü üfləyib. Mən də elə ordaca üzümü turşudub və hirsli fəryadımla qarşılıq vermişəm”.
Ağzından çıxan ilk kəlmə “qələm” olub
Rəssam sanki bu iş üçün yaradılmışdı. Atası ağzından çıxan ilk kəlmənin ardınca ona hələ yeddi yaşında olarkən rəsm sənətini öyrətməyə başlayır. Pikasso 13 yaşına gələndə rəssam və müəllim olan atasını bu işdə üstələyir.
İlk rəsmini 9 yaşında çəkib
Ata minmiş matadoru çəkən Pikasso bu əsərinə “Le Picador” adını verir. Altı il sonra ilk akademik əsəri olan “Le premiere communion” əsərini çəkir.
Yaxşı şagird deyildi
Şübhəsiz, Pikasso çox ağıllı bir şagird idi, amma ona nə etməli olduğunu söylənləri həzm edə bilmədiyi üçün tez-tez cəza alardı. Bu da onu sevilməyən şagird edərdi. Əslində bu xarakteri onun sadəcə incəsənət adamı ola biləcəyinə işarə idi. Pikasso məktəb illəri haqqında belə deyir:
“Pis şagird olduğum üçün “cəza evi”nə göndərilirdim, ora əhəng ilə ağardılmış divarları olan sadə hücrə idi. Oranı sevərdim çünki yanımda eskiz dəftəri gətirirdim və dayanmadan rəsm çəkərdim. Orada sonsuza qədər qalıb rəsmlə məşğul ola bilərdim”.
1900-cü ildə ilk işinə başlayan Pikasso, Parisdə Pere Menach adlı sənət dəllalı ilə müqavilə imzalayır. Bunun qarşılığında 750 dollar qəbul edir. Bundan əlavə “Mavi dövr”nə aid olan ilk portretini də 1 il sonra çəkməyə başlayır.(Bu rəsm əsəri həmin dövrə aid olan portretlərdən biridir).
8 aprel 1973-cü ildə həyatını itirən rəssamın son sözləri “ Mənim üçün için, sağlığıma için, bilirsiniz mən artıq içə bilmirəm…” oldu.
Comments